ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

ELAN
01 AVQUST 2024 - 12:00

Bütün QHT-lərin diqqətinə! 

 

2 avqust 2024-cü il saat 12:00-da “COP29-la bağlı beynəlxalq təşəbbüslər” müsabiqəsi ilə əlaqədar QHT-lərlə “zoom” görüş olacaq. 

 

Görüşdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və QHT-lərə Dövlət Dəstəyi Agentliyinin nümayəndələri sualları cavablandıracaq, məsələləri aydınlaşdıracaq, müvafiq izahat işləri aparacaq.

 

Müsabiqə üzrə sənədlərin qəbuluna 2024-cü il iyul ayının 16-dan başlanıb. Müraciət üçün son tarix 16 avqust 2024-cü ildir. 

 

Bundan sonra QHT-lərdən toplanmış sənədlərin ekspertizası aparılacaq, layihələr təhlil ediləcək və qaliblər müəyyənləşdiriləcək.

 

Təqdim olunan layihələr qlobal iqlim dəyişmələri mövzusuna uyğun olmalıdır.

 

Müsabiqədə üstünlük verilən meyarlar:


- Əsas icraçı QHT-nin özünün və ya koalisiyada xarici tərəfdaş qismində iştirak edən təşkilatın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransında (COP) müşahidəçi statusa (observer status) malik olması və əvvəlki COP-lar, eləcə də iqlim dəyişmələri məsələləri ilə bağlı beynəlxalq təcrübəsinin olması;
- Xarici tərəfdaş qismində iştirak edən UNFCCC müşahidəçi statusa malik təşkilatın inkişaf etməkdə olan ölkələrdən (İEOÖ-dən), xüsusilə ən az inkişaf etmiş ölkələrdən, inkişaf etməkdə olan kiçik ada ölkələrindən olması;
- Təqdim olunan layihə ilə bağlı koalisiyada təmsil olunan xarici tərəfdaşdan dəstək məktubunun olması.

 

Onlayn görüş üçün 2 avqust saat 11:50-də bu linkə daxil olmaq kifayətdir:


https://us06web.zoom.us/j/82210776818?pwd=mapD0D2zQpt1pnf88t86xkesm3xr2H.1 

Vətəndaşların Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinin və digər vəzifəli şəxslərinin qəbuluna onlayn yazılması

Qəbula yazıl