ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Qarabağ və Şərqi Zəngəzurda QHT-lərin səyyar xidmətləri başlayacaq
05 IYUN 2024 - 12:00

Hörmətli QHT nümayəndələri!

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzura həyat qayıdır, onilliklərlə doğma yurd yerlərindən didərgin düşən insanlar plan üzrə mərhələli qaydada evlərinə köçürülür. 

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi Azərbaycan QHT-lərinin  bu şanlı tarixi prosesdə daha yaxından iştirakını təmin etmək üçün azad edilmiş ərazilərdə məskunlaşan əhali üçün QHT-lərin səyyar xidmətləri layihəsinə başlayır.

Layihə məskunlaşma aparılan ərazilərdə yerli ehtiyaclara uyğun olaraq, hədəf qruplarına QHT-lər tərəfindən səyyar ödənişsiz xidmətlərin təşkilini nəzərdə tutur. QHT nümayəndələrinin nəqliyyat, gecələmə və qidalanma xərcləri qarşılanacaq, QHT-lər isə fəaliyyət göstərdikləri profil üzrə yerli əhaliyə ödənişsiz səyyar xidmət göstərəcək. 
Bura səyyar tibbi xidmət (müayinə və s.), fiziki məhdudiyyətli uşaqlar üçün təlimlər, məktəblilər üçün intellektual oyunlar, peşə seçimi təlimləri, asudə vaxtın səmərəli təşkili, şəhid ailələrinin üzvləri üçün psixoloji xidmət, məşğulluğun və peşə hazırlığının artırılması təlimləri, ustad dərsləri, ekoloji maarifləndirmə, mina və partlamamış hərbi sursatlardan, vəhşi heyvanlardan qorunma kimi mövzularda sayıqlılığın artırılması təlimləri kimi səyyar xidmətlər daxildir. 

Müraciətlər bu ilin 5-15 iyun tarixlərində yalnız aşağıdakı linkə keçid edərək sənədi doldurmaqla qəbul olunur. Agentlik təklifləri təhlil edəcək, ən üstün, optimal olanları, indiki şəraitdə ehtiyac duyulanları qəbul edəcək. 

Azad edilmiş ərazilərdə QHT-lərin səyyar xidmətlərinin iyul ayında reallaşdırılması planlaşdırılır

 

https://forms.gle/U4w2DHutpTqX55Zt9

Vətəndaşların Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinin və digər vəzifəli şəxslərinin qəbuluna onlayn yazılması

Qəbula yazıl