Rəy Komissiyasının növbəti iclası keçirilib
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Dövlət orqanları tərəfindən qeyri-hökumət təşkilatlarına qrant verilməsinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə gənclər siyasəti sahəsində qrantlara münasibətdə Azərbaycan Respublikasının Gənclər Fondu ilə razılaşdırılması Qaydası”nın icrasını təmin etmək məqsədilə yaradılmış Rəy Komissiyasının növbəti iclası keçirilib.
İclasda Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi tərəfindən müsabiqələrə və qrant vasitəsilə maliyyələşdirilməsi nəzərdə tutulan mövzulara dair təqdim edilən müraciətlərə baxılıb.
Müzakirələrin nəticələri barədə qərarlar aidiyyəti üzrə Müşahidə Şurasına təqdim olunması məqsədilə protokollaşdırılıb.