Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib
30 mart tarixində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib. İclasda QHT sektorunun ümumi vəziyyətinin qiymətləndirilməsi üzrə Konsepsiya Sənədi layihəsi məsələsinə baxılıb, müzakirələr aparılıb.
Gündəlikdə, eyni zamanda Agentliyin kənar auditorununun təyin edilməsinə dair Müşahidə Şurasının 21 yanvar 2022-ci il tarixli qərarının icrası haqqında məsələlər öz əksini tapıb. Müzakirə olunan məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib.
Sonda Müşahidə Şurasının üzvləri tərəfindən cari məsələlər müzakirə edilib.