ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının iclası keçirilib.
06 MAY 2021 - 00:00

Mayın 6-da Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının iclası keçirilib.

İclasda çıxış edən Agentliyin Müşahidə Şurasının sədri Azay Quliyev bir neçə gün sonra müstəqil Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünün xalqımız və dövlətimiz tərəfindən qeyd edəcəyini bildirərək, Ulu Öndərin xalqımız qarşısında misilsiz xidmətlərindən danışıb. O deyib: “İlk dəfədir ki, xalqımız ulu öndər Heydər Əliyevin doğum gününü torpaqlarımızın işğaldan azad edildiyi və ərazi bütövlüyümüzün bərpa olunduğu bir şəraitdə qeyd edir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ümummilli Liderimizin vəsiyyətini yerinə yetirərək torpaqlarımızı, o cümlədən hamımız üçün müqəddəs olan Şuşa şəhərini işğaldan azad etməklə adını tarixə qızıl hərflərlə yazdırdı”.

Sonra Azay Quliyev gündəliyə təklif olunan məsələlər haqqında məlumat verib. Gündəlik müzakirə edilərək yekdilliklə təsdiq olunub.

İclasda Müşahidə Şurasının 5 işçi qrupu yaradılıb - Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin inkişaf istiqamətlərinin, strateji məqsədlərinin və planlarının hazırlanması üzrə işçı qrupu, Agentliyin fəaliyyətinə dair daxili qaydaların (o cümlədən maraqlar münaqişəsinin istisna olunması qaydasını) hazırlanması üzrə işçi qrupu, Agentliyin maliyyələşdirdiyi layihələrin əlaqələndirilməsi və icrasına nəzarətin həyata keçirilməsi qaydası, İcra olunan layihələrin monitorinqinin və qiymətləndirilməsinin aparılması qaydası, Qeyri-hökumət təşkilatlarının qrant maliyyələşməsi ilə bağlı müsabiqələrin keçirilməsi qaydası, Qrant məbləğinin müəyyən edilməsi meyarlarını və hər bir mövzu üzrə qrant məbləğinin yuxarı həddinin müəyyən edilməsi məsələləri üzrə işçi qrupu, Agentliyin loqotipinin (emblemi) hazırlanmasının təşkili üzrə işçi qrupu və QHT-lərin fəaliyyət göstəricilərinin qiymətləndirilməsi və ictimai faydalılığının ölçülməsi üzrə işçi qrupu.

İclasda, Müşahidə Şurasının üzvlərinin əlaqələndirəcəyi fəaliyyət istiqamətləri və bu sahədə görəcəyi işlər təsdiqlənib.

Sonra Müşahidə Şurası üzvlərinin ayda bir dəfə keçirəcəyi qəbul günlərinin qrafiki müəyyənləşdirilib. Bu barədə yaxın günlərdə əlavə məlumat veriləcək.

Vətəndaşların Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinin və digər vəzifəli şəxslərinin qəbuluna onlayn yazılması

Qəbula yazıl