ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

2022-ci il kiçik qrant müsabiqəsinin elm, təhsil və mədəniyyət və Azərbaycançılıq ideyasının təbliği məsələləri istiqaməti üzrə qalib olan təşkilatlarla online görüş keçirib.
09 AVQUST 2022 - 00:00

QHT-lərə Dövlət Dəstəyi Agentliyi 2022-ci il kiçik qrant müsabiqəsinin elm, təhsil və mədəniyyət və Azərbaycançılıq ideyasının təbliği məsələləri istiqaməti üzrə qalib olan təşkilatlarla online görüş keçirib.

Görüşü açıq elan edən Agentliyin Müşahidə Şurasının üzvü İlqar Orucov qalib gələn təşkilatları təbrik edib və təşkilatlara fəaliyyətlərində uğurlar arzulayıb.

   Daha sonra Agentliyin layihələr üzrə menecerləri Xatirə Bəşirova və Ülkər Süleymanova layihələrin icra edilməsi, hesabatlıq qaydaları və təqdim edilən sənədlərin Agentliyin təlimatlarına uyğun icra edilməsi haqqında ətraflı məlumat veriblər.

 Sonra Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya üzrə məsul şəxsi Leyla Rəhimova layihələrin sosial mediada və kütləvi informasiya vasitələrində düzgün yayımlanması haqqında məlumat verib.

Çıxışlardan sonra İctimai Birliklər layihə ilə bağlı fikirlərini səsləndirərək, suallarını ünvanlayıblar.

 Görüş qarşılıqlı diskusiyya şəkilində davam edib.

Vətəndaşların Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinin və digər vəzifəli şəxslərinin qəbuluna onlayn yazılması

Qəbula yazıl