ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

2022-ci il kiçik qrant müsabiqəsinin "Azərbaycanın milli maraqlarının xarici ölkələrdə, beynəlxalq platformalarda müdafiəsi və təşviqi" istiqaməti üzrə qalib olan təşkilatlarla onlayn görüş keçirib.
11 AVQUST 2022 - 00:00

QHT-lərə Dövlət Dəstəyi Agentliyi 2022-ci il kiçik qrant müsabiqəsinin "Azərbaycanın milli maraqlarının xarici ölkələrdə, beynəlxalq platformalarda müdafiəsi və təşviqi" istiqaməti üzrə qalib olan təşkilatlarla onlayn görüş keçirib.

Görüşü açıq elan edən Agentliyin Müşahidə Şurasının üzvü İsrayıl İsgəndərov qalib gələn təşkilatları təbrik edib və təşkilatlara fəaliyyətlərində uğurlar arzulayıb.

Daha sonra Agentliyin layihələr üzrə meneceri Ülkər Süleymanova layihələrin icra edilməsi, hesabatlıq qaydaları və təqdim edilən sənədlərin Agentliyin təlimatlarına uyğun icra edilməsi haqqında ətraflı məlumat verib.

Sonra Agentliyin baş mühasibi vəzifəsini icra edən Fariz Budaqov layihələrin xərclər smetası, maliyyə hesabatlılığı və təqdim edilən maliyyə sənədlərinin Agentliyin təlimatlarına uyğun icra edilməsi haqqında məlumat verib.

Çıxışlardan sonra İctimai Birliklər layihə ilə bağlı fikirlərini səsləndirərək, suallarını ünvanlayıblar.

Sonda "Azərbaycanın milli maraqlarının xarici ölkələrdə, beynəlxalq platformalarda müdafiəsi və təşviqi" istiqaməti üzrə qalib olan təşkilatlar ölkəmizin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinə qarşı törədilmiş vandalizm aktına dair bəyanatla çıxış edib.

Vətəndaşların Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinin və digər vəzifəli şəxslərinin qəbuluna onlayn yazılması

Qəbula yazıl