ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

" Sosial (o cümlədən şəhid ailələri, müharibə veteranları, əlilliyi olan və digər həssas qruplara aid şəxslərin sosial problemləri) və iqtisadi məsələlər" istiqaməti üzrə qalib olan təşkilatlarla onlayn görüş keçirib.
11 AVQUST 2022 - 00:00

QHT-lərə Dövlət Dəstəyi Agentliyi 2022-ci il kiçik qrant müsabiqəsinin  " Sosial (o cümlədən şəhid ailələri, müharibə veteranları, əlilliyi olan və digər həssas qruplara aid şəxslərin sosial problemləri)  və  iqtisadi məsələlər" istiqaməti üzrə qalib olan təşkilatlarla onlayn görüş keçirib.

Görüşü açıq elan edən Agentliyin Müşahidə Şurasının üzvü Nurəddin Mehdiyev qalib gələn təşkilatları təbrik edib və təşkilatlara fəaliyyətlərində uğurlar arzulayıb.

Daha sonra Agentliyin layihələr üzrə meneceri Həsən Səmədov layihələrin icra edilməsi, hesabatlıq qaydaları və təqdim edilən sənədlərin Agentliyin təlimatlarına uyğun icra edilməsi haqqında ətraflı məlumat verib.

Sonra Agentliyin baş mühasibi vəzifəsini icra edən Fariz Budaqov layihələrin xərclər smetası, maliyyə hesabatlılığı və təqdim edilən maliyyə sənədlərinin Agentliyin təlimatlarına uyğun icra edilməsi haqqında məlumat verib.

Çıxışlardan sonra İctimai Birliklər layihə ilə bağlı fikirlərini səsləndirərək, suallarını ünvanlayıblar.

 

Vətəndaşların Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinin və digər vəzifəli şəxslərinin qəbuluna onlayn yazılması

Qəbula yazıl