ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Ölkə QHT-ləri Laçın şəhəri, Zabux və Sus kəndlərinin nəzarətə keçməsi ilə bağlı Cənab prezidentə təşəkkür ediblər.
26 AVQUST 2022 - 00:00

26 avqust tarixində ölkə QHT-lərinin müraciəti əsasında Agentliyin ofisində Laçın şəhərinin azad olunması ilə bağlı görüş keçirilib.

Görüşü açılış nitqi ilə açan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva qeyd edib ki,  tariximizə və dövlətçliyimizə qızıl hərflərlə yazılan şanlı qələbə regionumuzda yeni geosiyasi reallıqlar yaradıb, ölkə başçısının rəhbərliyi ilə gerçəkləşən misli görünməmiş sürətli bərpa-quruculuq işləri Qarabağ və Şərqi Zəngəzura əzəli-əbədi sakinlərinin qayıdışının təməlini qoyub. Bu günü çox əlamətdar bir xəbərlə açdıq. Laçının tam azad olunması ilə bağlı ölkə başçısının rəsmi tviter səhifəsində edilən paylaşım hər birimizi qürurlandırdı.

Daha sonra çıxış edən qeyri-hökumət təşkilatları – Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatnın sədr müavini Cəlil Xəlilov, "Mərhəmət" Kimsəsizlərə Yardım ictimai birliyinin sədri İradə Polad, Azərbaycan Vətən Müharibəsi Veteranları" ictimai birliyinin nümayəndəsi Niyazi Quliyev, Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası İctimai Birliyinin sədri Rey Kərimoğlu, “Xankəndi” məcburi köçkünlərə dəstək İctimai Birliyinin sədri Vəliyeva Xatirə, “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədri Şamil Ələkbərli, Qarabağ Müharibə Veteranlarına Yardım ictimai birliyinin sədri Növrəstə Yusifova, "Müharibə Veteranı Qadınlarına Sosial Yardım" ictimai birliyinin sədri Radə Abbas, "Minalar Əleyhinə Azərbaycan Kampaniyası" ictimai birliyinin sədri Hafiz Səfixanov, Sağlam İnkişaf və Maarifləndirmə ictimai birliyinin sədri Anar Xəlilov, "Dialoq və İnkişaf Naminə İctimai Birliyi"nin  nümayəndəsi Samir Pənəliyev,    Milli QHT Forumunun sədri  Rauf Zeyni, "Jurnalist Ekspert Mərkəzi" ictimai birliyinin sədri Ceyhun Musaoğlu, "Azərbaycan Jurnalistlər Şəbəkəsi" ictimai birliyinin sədri Ayaz Mirzəyev, "Ortaq Dəyərlər" ictimai birliyinin sədri Aqil Camal, Tarix və Mətbuat Araşdırmalarına Dəstək ictimai birliyinin sədri Nəsiman Yaqublu, "Regional İnsan Hüquqları və Media Mərkəzi" ictimai birliyinin sədri Xalid Kazımov, MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri Fariz Xəlili, Azərbaycanın İşğal Olunmuş Ərzilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı ictimai birliyinin sədri  Faiq İsmayılov Laçın şəhəri, Sus və Zabux kəndinin nəzarətə keçməsinə görə ölkə başçısı cənab İlham Əliyevə təşəkkür ediblər.

 

 

Vətəndaşların Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinin və digər vəzifəli şəxslərinin qəbuluna onlayn yazılması

Qəbula yazıl