ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Qeyri-hökumət təşkilatlarında rəhbər olan müəllimlərin şəbəkələşmə görüşü" keçirilib.
05 OKTYABR 2022 - 00:00

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ofisində 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə "Qeyri-hökumət təşkilatlarında rəhbər olan müəllimlərin şəbəkələşmə görüşü keçirilib.

Keçirilən görüşdə Agentliyin Müşahidə Şurasının üzvləri İlqar Orucov, İsrail İsgəndərov və qeyri-hökumət təşkilatlarında rəhbər olan müəllimlər iştirak ediblər.

Əvvəlcə görüşü giriş nitqi ilə açan Agentliyin Müşahidə Şurasının üzvü İlqar Orucov bildirib ki, müəllim gənc nəslin mənəvi aləminin memarı, cəmiyyətin etibar etdiyi şəxsdir. "Cəmiyyət ən əziz, ən qiymətli sərvətini - uşaqları, öz ümidini, öz gələcəyini müəllimə etibar edir. Bəli, müəllimlik çox şərəfli peşədir - vəzifədir, şərəfli olduğu qədər də mürəkkəb, məsuliyyətli vəzifədir. Ümummilli Lider Heydər Əliyev müəllim əməyini yüksək qiymətləndirərək deyirdi: "Mən yer üzündə müəllimdən yüksək ad tanımıram". Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbirlə bizə öyrətmiş və öyrədir. QHT sahəsində çalışan müəllimlər başda olmaqla bütün müəllimlərimizi təbrik edirik".

Sonra çıxış edən Agentliyin Müşahidə Şurasının üzvü İsrail İsgəndərov bildirib ki, oktyabrın 5-i Beynəlxalq Müəllimlər Günüdür. "Bu əlamətdar gün hər il ölkəmizdə böyük təntənə ilə qeyd edilir. QHT sahəsində çalışan müəllimlərimizin də bu əlamətdar hadisədə payı vardır. Buna görə də müəllimlərimizi böyük ehtiram və hörmətlə xatırlayırıq. Öyrəndiklərimizə görə həmişə onlara minnətdarıq. Müəllimlər cəmiyyətin memarlarıdır desək, yəqin ki, səhv etmərik. Bu danılmaz bir həqiqətdir ki, hər kəsin layiqli vətəndaş kimi formalaşmasında müəllimlərimizin əvəzsiz xidmətləri vardır. Məndə öz növbəmdə bütün müəllimləri təbrik edir və hər zaman uğurlar diləyirəm".

Daha sonra çıxış edənlər qeyri-hökumət təşkilatlarında rəhbər olan müəllimlər  - Ailələrə Sosial Dəstək ictimai birliyinin sədri, Əməkdar müəllimə Esmira Rəhimova, Dostluq Gəncləri Əlaqələndirmə Mərkəzi İctimai Birliyinin sədri Yusif Ağayev, İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri Əyyub Kərimli, MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri Fariz Xəlili, Azərbaycan Respublikasında Memarlıq, inşaat elminə və tədrisin inkişafına yardım xeyriyyə fondunun sədri Orxan Naqdıyev, İsmayıllı İntellektual Oyunlar Klubu İctimai Birliyinin sədri Azad Manaflı, Bakı İnsan Hüquqları Məktəbinin sədri Azər Ələkbərov, Elin Səsi milli-mənəvi dəyərlərimizin qorunması ictimai birliyinin sədri Elvin Talışınski, Təhsilə Dəstək Mərkəzi İctimai Birliyinin sədri Gülsarə Həsənova, Pоtеnsiаl Sumqаyıt Mütəхəssislər Birliyinin Sahib Fərzəliyev, Tariximizə Sahib Çıxaq Tarixi Araşdırmalar və Maarifləndirmə İctimai Birliyinin sədri Araz Şamilov,  Müasir İnkişaf İctimai Birliyinin sədri Mübariz Göyüşlü, “Psixoloji İnkişaf və maarifləndirməyə Dəstək” İctimai Birliyinin sədri Kamil Həmidov, Peşəyönümlü Təhsilin İnkişafına Yardım ictimai birliyinin sədri İradə Əliyeva, Azərbaycan Respublikası Təhsil Cəmiyyəti İctimai Birliyinin nümayəndəsi Murad Ağalarov, Qadın və Uşaqların İnnovativ Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin sədri Aynur Zülfüqarova, "Siyasi Texnologiyalar Mərkəzi" ictimai birliyinin sədri Vəli Əlibəyov, "Şahdağ Xeyriyyə" xeyriyyə cəmiyyəti ictimai birliyinin nümayəndəsi İlham Əhmədov, İnsan Hüquqlarının və Qanunçuluğun Müdafiəsi İctimai Birliyinin sədri Səidə Qocamanlı, M.Ə. Sabir Fondu İctimai Birliyinin sədri Sevda Tahirli, Ekoloji Maarifçilik və Monitoriq ictimai birliyinin sədri Qəmzə Yusubova, Pediatrik Kardiologiya və Revmatologiya ictimai birliyinin sədri Sveta Rəfiyeva, “Sağlam ailə” ailələrin maarifləndirilməsinə kömək İctimai Birliyinin sədri Balaxanım Quliyeva, “Polisə Dəstək” ictimai birliyinin sədri Şəmsəddin Əliyev, "Sosial Hüquqların Araşdırılması" ictimai birliyinin sədri Mayis Əliyev, Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin nümayəndəsi Səadət Məhərrəmova, "Vəfa" Sosial Problemlərin Həllinə Dəstək ictimai birliyinin sədri Fatma Hacıyeva, Azad Müəllimlər İctimai Birliyinin sədri Pərvanə Talıbova belə gözəl gündə təşkil edilən görüşə görə təşəkkür ediblər və bildiriblər ki, hər zaman bu sahəni tədris etməkdən zövq alırlar. Qeyd ediblər ki, xalq arasında belə bir fikir də mövcuddur ki, müəllim dəyişəndə cəmiyyət də dəyişir. Bu, onunla bağlıdır ki, insanların fikir və düşüncələrinin, həyata baxışlarının formalaşmasında, dəyişməsində müəllim müstəsna rol oynamaqla bütün cəmiyyətin şüurunda dəyişiklik yaratmaq gücünə malikdir.

Vətəndaşların Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinin və digər vəzifəli şəxslərinin qəbuluna onlayn yazılması

Qəbula yazıl