Agentliyin QHT-lər üçün məlumatlandırma sessiyası təşkil olunub.
11 oktyabr tarixində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “Məişət zorakılığına qarşı mübarizə və qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması təşəbbüsləri” və “Müharibə iştirakçılarının sosial vəziyyətinin yaxşılaşdırılmasına dair təşəbbüslər” istiqamətləri üzrə qrant müsabiqəsi ilə əlaqədar QHT-lər üçün məlumatlandırma sessiyası təşkil olunub.
Sessiyada çıxış edən Agentliyin Layihələr departamentinin müdiri Elnur Bağırlı qrant müsabiqənin şərtləri haqqında geniş məlumat verib. Bildirib ki, keçirilən qrant müsabiqəsinin əsas məqsədlərindən biri də QHT-lərin daha səmərəli və faydalı nəticələrə səbəb olan layihələr icra etməsidir.
Daha sonra məlumatlandırma sessiyasında QHT-lərin qrant müsabiqəsi ilə bağlı sualları cavablandırılıb.