Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının işçi qrupunun onlayn iclası keçirilib.
12 oktyabr tarixində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının Agentliyin qarşısında qoyulan bəzi konseptual vəzifələr barədə təkliflərin hazırlanması üzrə işçi qrupunun onlayn iclası keçirilib.
İclasda “Azərbaycanda fəaliyyət göstərən yerli qeyri-hökumət təşkilatlarının mövcud durumunun qiymətləndirilməsi və təkmilləşdirilməsi üzrə Konsepsiya Sənədi”, “Dövlət, özəl və qeyri-hökumət təşkilatları arasında əməkdaşlığın təşviqi və stimullaşdırılması”, “QHT-lərin institusional inkişafı, qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla, QHT-lərin inkişafı sahəsində elmi-texniki nailiyyətlərin tətbiqi” və “QHT-lərin inkişafı istiqamətində peşəkar mütəxəssislərin hazırlanması və tədris proqramlarının tərtibi” ilə bağlı fəaliyyət planının hazırlanması müzakirə edilib, təkliflər dinlənilib.
Təkliflərin Müşahidə Şurasının növbəti iclasına təqdim edilməsi qərara alınıb.