ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə Təhsil Tələbə Krediti Fondunun nümayəndələri arasında görüş keçirilib.
22 SENTYABR 2022 - 00:00

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə Təhsil Tələbə Krediti Fondunun nümayəndələri arasında görüş keçirilib.

Onlayn formatında keçirilən görüşdə Agentliyin İcraçı direktoru Aygün Əliyeva, Fondun rəhbəri Araz Paşayev, hər iki qurumun  əməkdaşları və aidiyyəti  QHT-lərin nümayəndələri iştirak ediblər.

Agentliyin İcraçı direktoru Aygün Əliyeva iştirakçıları salamlayaraq, bildirib ki, Agentlik dövlət və özəl sektor ilə əməkdaşlığa böyük önəm verir və bu sahədə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən məsələlərə dair qeyri-hökumət təşkilatlarının irəli sürdükləri təşəbbüslərin dəstəklənməsinə şərait yaradır. A.Əliyeva qeyd edib ki, Təhsil Tələbə Krediti Fondu ilə QHT-lərin əməkdaşlığı və bu sahədə QHT-lərin iştirakının təmin edilməsi, dəstəyinin vacibliyi olduqca əhəmiyyətlidir. Keçirilən görüşün bu istiqamətə töhvə verəcəyini bildirib. 

Fondun rəhbəri Araz Paşayev çıxış edərək Fondun yaradılması, fəaliyyəti, bu günədək görülən işlər barədə ətraflı məlumat verib. A. Paşayev ölkəmizdə fəaliyyət göstərən 44 ali təhsil müəssisəsinin, eyni zamanda, 55 orta ixtisas təhsili müəssisəsinin tələbələri üçün yaradılan təhsil krediti imkanlarından danışıb.

Sonra A. Paşayev QHT nümayəndələrinin təhsil tələbə kreditlərinə edilən güzəştlər, kreditlərin ödənilməsi, sosial və standart tələbə kreditləri haqqında suallarını cavablandırıb.

Vətəndaşların Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinin və digər vəzifəli şəxslərinin qəbuluna onlayn yazılması

Qəbula yazıl