ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

“Vətəndaş cəmiyyəti: yeni çağırışlar” adlı görüş keçirilib
08 DEKABR 2022 - 00:00

Agentliyin ofisində 2022-ci il üzrə Qrant müsabiqələrində qalib olan və mediada təmsil olunan bir qrup QHT rəhbərləri ilə “Vətəndaş cəmiyyəti: yeni çağırışlar”  adlı görüş keçirilib.

Əvvəlcə Agentliyin məsul əməkdaşları Elnur Bağırlı və Leyla Rəhimova QHT rəhbərlərini Agentliyin yeni binası ilə tanış edib və fəaliyyət barədə məlumat veriblər.

 Daha sonra Agentliyin İcraçı direktoru Aygün Əliyeva bildirib ki, bu gün qlobal dünyada media dövlətlərin müdafiə və nəzarət mexanizmi kimi çıxış edir. Bu baxımdan, bu gün təşkil edilən görüş QHT-lərin fəaliyyətinin işıqlandırılması üçün media ilə əməkdaşlıq mühitinin yaradılmasına, sosial media ilə işin düzgün qurulmasına dəstək üçün təkliflərin verilməsinə və bu istiqamətdə müxtəlif fəaliyyətlərin icrasına təkan verəcək. Media-QHT əməkdaşlığının inkişafı məsələlərinə toxunan A.Əliyeva bildirib ki, bu əməkdaşlığın uğurlu olması ümumilikdə vətəndaş cəmiyyətinin inkişafı baxımından çox önəmlidir. Təsadüfi deyil ki, Agentliyin 2022-ci ildə kiçik qrant müsabiqəsi çərçivəsində dəstək verdiyi layihələr içərisində media sahəsində maarifləndirmə işlərinin görülməsi məsələsi də yer alıb və QHT- lər tərəfindən bu layihələr uğurla icra edilib.

Daha sonra Agentliyin Layihələr departamentinin müdiri Elnur Bağırlı Agentliyin fəaliyyəti ilə bağlı hesabatı təqdim edib.

 Sonra görüş “Vətəndaş cəmiyyəti: yeni çağırışlar” mövzusu ətrafında qarşılıqlı diskussiya şəklində davam edib və mövzu ilə bağlı təkliflər səsləndirilib.

Vətəndaşların Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinin və digər vəzifəli şəxslərinin qəbuluna onlayn yazılması

Qəbula yazıl