Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının iclası keçirilib
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının iclası keçirilib
Fevralın 13-də Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti onlayn iclası keçirilib.
İclasda “Azərbaycan Respublikasının Prezidentinə təqdim olunan Agentliyin 2022-ci il üzrə maliyyə və fəaliyyətinə dair Hesabatı” layihəsi və Agentliyin fəaliyyətinin qiymətləndirilməsi məsələləri ətrafında müzakirələr aparılıb.
Müzakirələrin yekununda “Azərbaycan Respublikasının Prezidentinə təqdim olunan Agentliyin 2022-ci il üzrə maliyyə və fəaliyyətinə dair Hesabatı” layihəsi təsdiq olunub, Agentliyin icra aparatının fəaliyyətinin qiymətləndirilməsi və təkmilləşdirilməsi ilə bağlı müvafiq qərarlar verilib.