ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının iclası keçirilib
08 FEVRAL 2023 - 12:00

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının iclası keçirilib

 

Fevralın 8-də Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib. 

İclasda qardaş Türkiyədə baş verən dəhşətli zəlzələ nəticəsində dünyasını dəyişənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Qeyd edilib ki, təbii fəlakət baş verən saatlardan etibarən Azərbaycan xalqı və dövləti hörmətli Prezidentimiz  cənab  İlham Əliyevin təşəbbüsü  ilə qardaş Türkiyəyə müxtəlif istiqamətlərdə yardım etməyə başlamış və bu  yardımlar indi də böyük vüsətlə davam etməkdədir.

Türkiyəyə yardımlar təkcə dövlət qurumları səviyyəsində deyil, adi insanlar və vətəndaş cəmiyyəti institutları səviyyəsində də təşkil olunur. Hörmətli Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu xalqımız adına toplanan yardım kampaniyasının uğurlu təşkili və ehtiyacı olan insanlara çatdırılmasında xüsusi fəallıq nümayiş etdirir. Belə çətin və həssas məqamda Agentlik olaraq QHT-lərə müraciət edir və Türkiyədə zəlzələdən əziyyət çəkən qardaş və bacılarımıza humanitar yardımın toplanması və müəyyən edilmiş yerlərə çatdırılması işində daha fəal olmağa çağırırıq.

Daha sonra Agentliyin 2022- ci il üzrə hesabatı,

Layihələr üzrə sənədlər paketinin təsdiqi, Müşahidə Şurasının Rəy Komissiyasının 30.01.2023-cü il 01 saylı iclasının Protokolu və cari məsələlər ətrafında müzakirələr apaırlıb və hər məsələ ilə bağlı  müvafiq qərarlar qəbul edilib.

Vətəndaşların Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinin və digər vəzifəli şəxslərinin qəbuluna onlayn yazılması

Qəbula yazıl