Dayanıqlı və davamlı icma quruculuğu ilə bağlı konsepsiya sənədi təqdim edilib
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının maliyyə dəstəyi ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq əsasında “Regional İnkişaf” İctimai Birliyi tərəfindən icra olunan “Qarabağ və Şərqi Zəngəzurda müasir dayanıqlı cəmiyyət konsepsiyasının təşviqi” layihəsi çərçivəsində aidiyyəti dövlət qurumlarının, beynəlxalq təşkilatların və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin, millət vəkilləri və ekspertlərin iştirakı ilə dayanıqlı icmanın təşviqinə dair konsepsiya sənədinin təqdimat mərasimi və dəyirmi masa müzakirələri keçirilib.
Müzakirələrdə Agentliyin beynəlxalq məsələlər üzrə nümayəndəsi Toğrul Məmmədli iştirak edib.