
Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin 100 illiyi ilə əlaqədar olaraq “Heydər Əliyev 100: Həyatı və irsi” adlı beynəlxalq tədbir keçirilib.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 12-də Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin 100 illiyi ilə əlaqədar olaraq “Heydər Əliyev 100: Həyatı və irsi” adlı beynəlxalq tədbir keçirilib. Tədbirdə Agentliyin Müşahidə Şurasının üzvləri Azər Allahverənov, Günel Səfərova, İlqar Orucov, İsrayıl İsgəndərov və Zaur İbrahimov iştirak edib.