Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Qərbi Azərbaycanlıların Qayıdış Konsepsiyası”nın icrasına ictimai dəstəyin verilməsinə dair qrant müsabiqəsi ilə əlaqədar məlumatlandırma sessiyası keçirilib.
Sessiyada Agentliyin Layihələr departamentinin müdiri Elnur Bağırlı və layihə meneceri Ülkər Süleymanova iştirak edib.
Layihələr departamentinin müdiri Elnur Bağırlı sessiya haqqında məlumat verib. O cümlədən, E.Bağırlı Türkiyə üçün başlanan yardımla bağlı prosessdə aktiv olan və eyni zamanda Agentlik olaraq təşəbbüsümüzə qoşularaq dəstək verən bütün qeyri-hökumət təşkilatlarına təşəkkür edib.
Sonra məlumatlandırma sesssiyasında qeyri-hökumət təşkilatlarının müsabiqə prosedurları ilə bağlı müraciətləri cavablandırılıb.