Qərbi Azərbaycan İcması ilə QHT-lərə Dövlət Dəstəyi Agentliyi əməkdaşlıq məsələlərini müzakirə ediblər
Fevralın 15-də Qərbi Azərbaycan İcmasında İcmanın rəhbər heyəti ilə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyi arasında görüş keçirilib.
İcmanın İdarə heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli qonaqları salamlayaraq Agentlik tərəfindən göstərilən marağı və diqqəti yüksək qiymətləndirdiyini bildirib.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva çıxış edərək görüləcək işlərlə bağlı İcmaya uğurlar arzulayıb.
Görüş zamanı Qərbi Azərbaycan İcması ilə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi arasında əməkdaşlıq məsələləri müzakirə edilib.
Görüşdə İcma sədri ilə yanaşı, sədrin müavinləri, Milli Məclisin deputatları Ramil Həsən, Hikmət Babaoğlu, Qəyyumlar Şurasının sədri Mürvət Həsənov, Qadınlar Şurasının sədri, deputat Məlahət İbrahımqızı, İcmanın sözçüsü Ülviyyə Zülfiqar və Agentliyin əməkdaşları iştirak ediblər.