“Könüllülər Proqramı”na qəbul - Elan
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “Könüllülər Proqramı”na qəbul elan edir.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi vətəndaş cəmiyyətinin inkişafı istiqamətində həyata keçirilən layihələr çərçivəsində gənclərin fəal iştirakına şərait yaratmaq, onların təcrübəsini artırmaq, könüllülük hərəkatını inkişaf etdirmək məqsədi ilə “Könüllülər Proqramı”na qəbul elan edir.
Proqram müddətində könüllülərin müvafiq sahələrdə təcrübə qazanması üçün Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkil ediləcəyi təlim və layihələrdə iştirakı nəzərdə tutulur.
Könüllü kimi fəaliyyət göstərmək istəyən gənclər üçün aşağıdakı tələblər müəyyən olunmuşdur:
− Ali təhsil (hazırda təhsilini davam edənlər daxil olmaqla)
− İntizamlılıq
− Təşəbbüskarlıq
− Kollektivdə işləmək bacarığı
− Kompüter bilikləri
“Könüllülər Proqramı” iyun ayından başlayaraq 3 ay müddətində davam edəcəkdir. Könüllülük fəaliyyətini uğurla başa çatdırmış və öz öhdəliklərini yerinə yetirmiş könüllülər Proqramın sonunda Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən sertifikatla təltif olunacaqlar.
Müraciət üçün son qeydiyyat tarixi 12 maydır. QHT könüllüsü olmaq istəyən 18-29 yaş arası gənclər CV-lərini office@ngoagency.gov.az elektron ünvanına göndərə bilərlər.