"Müasir Gənclik və Sosial İnkişaf" ictimai birliyinin "Ümummilli Iider Heydər Əliyev Azərbaycan gənclər siyasətinin banisidir" beynəlxalq gənclər forumu adlı layihəsi çərçivəsində Agentlikdə Beynəlxalq Forumun iştirakçıları ilə görüş keçirilib.
"Müasir Gənclik və Sosial İnkişaf" ictimai birliyinin "Ümummilli Iider Heydər Əliyev Azərbaycan gənclər siyasətinin banisidir" beynəlxalq gənclər forumu adlı layihəsi çərçivəsində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində Beynəlxalq Forumun iştirakçıları ilə görüş keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktorun müavini Emil Çaparlı və Agentliyin məsul əməkdaşları, 8 ölkənin (Ukrayna, Çexiya, Polşa, Rumıniya, Türkiyə, Gürcüstan, Moldova, Rusiya) gənclərlə işləyən QHT rəhbərləri iştirak edib. Görüşdə yerli və xarici QHT-lərin uğurlu və davamlı fəaliyyəti, təcrübə-informasiya mübadiləsi, əməkdaşlıq imkanları müzakirə edilib.
Layihə çərçivəsində Bakıda, eləcə də Gənclər Paytaxtı - Mingəçevir şəhərində Beynəlxalq Forumun keçirilməsi, iştirakçılarla interaktiv panel müzakirələri və Forum zamanı Mingəçevir bəyannaməsinin imzalanması nəzərdə tutulub. Forumun xarici və yerli iştirakçıları ilə Heydər Əliyev irsi, dövlət gənclər siyasəti, beynəlxalq əməkdaşlıq və təcrübə mübadiləsinə dair müzakirələr aparılacaq.