ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

“Qərbi Azərbaycanın tarixi abidələri və mədəni irsi” mövzusunda sərginin açılışı və fotoalbomun təqdimatı keçirilib
28 OKTYABR 2023 - 18:00

Oktyabrın 27-də Bakıda Muzey Mərkəzində Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyilə “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyi tərəfindən “Qərbi Azərbaycanın tarixi abidələri və mədəni irsi” mövzusunda sərginin açılış mərasimi və “İrəvan- tariximiz, torpağımız, taleyimiz” adlı fotoalbomun təqdimatı keçirilib.

Tədbirdə dövlət qurumlarının nümayəndələri, millət vəkilləri, tarixçilər, İrəvan xanının nəslinin davamçıları, Qərbi Azərbaycandan olan ziyalılar iştirak ediblər.


Tədbiri giriş sözü ilə açan “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rizazadə təşkilatın Qərbi Azərbaycan istiqamətində fəaliyyəti və icra olunan layihə haqqında ətraflı məlumat verib. 


Layihənin məsləhətçisi, tarix üzrə fəlsəfə doktoru, Dövlət mükafatı laureatı, Prezident Kitabxanasının şöbə müdiri Nazim Mustafa sərgininin və fotoalbomun ictimaiyyət üçün əhəmiyyətindən bəhs edib.


Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva Qərbi Azərbaycan məsələsinin Agentliyin prioritet istiqamətlərindən biri olduğunu qeyd edib. O, 2024-cü ilin qrant müsabiqələrində də Qərbi Azərbaycana qayıdış prosesinin diqqət mərkəzində olacağını bildirib.   


Milli Məclisin üzvü Naqif Həmzəyev layihənin əhəmiyyətini vurğulayıb və Qərbi Azərbaycanla bağlı xatirələrini bölüşüb. 


İrəvan xanları Hüseynəli xan və Məhəmməd xanın Almaniyada yaşayan nəsil davamçısı Əmir Əli Sərdari İrəvani Qərbi Azərbaycana qayıdış gününü səbirsizliklə gözlədiklərini bildirib. 


Fransadakı Azərbaycan diasporunun fəal üzvü Zaur Sadıqbəyli Qərbi Azərbaycanla bağlı beynəlxalq ictimaiyyətin məlumatlandırılmasında aparılan informasiya mübarizəsindən danışıb.


Daha sonra sərginin açılış mərasimi olub. Sərgidə Qərbi Azərbaycan - qədim İrəvanın tarixi abidələri, mədəniyyəti, təhsili, nəşriyyatı, tarixi şəxslərini özündə ehtiva edən
300-ə yaxın fotoşəkil və rəsmlər yer alıb.

Onların hamısı 3 dildə - azərbaycan, rus, ingilis dillərində izahlı şəkildə təqdim edilib.

Bundan əlavə, Qərbi Azərbaycana xas olan geyimlər, xalçalar, musiqi alətləri, tarixi sənədlər, qədim dövrə aid əşyalar nümayiş olunub. Yekunda İrəvan mətbəxinə məxsus şirniyyatlarla çay süfrəsi təşkil edilib.

Vətəndaşların Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinin və digər vəzifəli şəxslərinin qəbuluna onlayn yazılması

Qəbula yazıl