ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

“Mediasiya metodologiyası” kitabının təqdimat mərasimi keçirilib
18 NOYABR 2023 - 20:00

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşdirilən və Avrasiya Hüquqşünaslar Assosiasiyası tərəfindən həyata keçirilən “Mediasiya metodologiyası” kitabının təqdimat mərasimi keçirilib.


Kitabda Ədliyyə Səmərəliliyi üzrə Avropa Komitəsinin (“CEPEJ”) Mediasiyaya dair tövsiyələrin və rəhbər prinsiplərin effektiv şəkildə həyata keçirilməsini təmin etmək məqsədi daşıyan "Mediasiya bacarıqlarının inkişafı üzrə alətlər dəsti" adlı müxtəlif sənədlər toplusu nəşr edilib.


Təqdimat mərasimində çıxış edən Ədliyyə Akademiyasının prorektoru Elçin Xələfov və digər çıxışçılar nəşrin mahiyyəti barədə danışarkən bildiriblər ki, nəşr təkcə mediatorlar üçün deyil, eyni zamanda mediasiya sahəsi ilə maraqlanan hüquqşünaslar, müəllimlər, hakimlər və vəkillər üçün də son dərəcə zəruri bir ədəbiyyatdır.

Qeyd edilib ki, ərsəyə gələn bu kitab Ədliyyə Akademiyası tərəfindən təşkil edilən təlimlərdə dinləyicilərə təqdim ediləcək. 


Həmçinin bildirilib ki, bu nəşrlər ödənişsiz əsaslarla mediatorlara və eyni zamanda bu sahə ilə bilavəsitə bağlı olan şəxslərə təqdim ediləcək.

Vətəndaşların Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinin və digər vəzifəli şəxslərinin qəbuluna onlayn yazılması

Qəbula yazıl