ŞRİFTİN ÖLÇÜSÜ

AAA

ŞRİFTİN NÖVÜ

San-Serif

Serif

ŞƏKİLLƏRİN TƏSVİRİ

Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75 illiyi ilə bağlı beynəlxalq konfrans keçirilib
04 DEKABR 2023 - 21:00

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman), BMT-nin Azərbaycan nümayəndəliyinin və Vəkillər Kollegiyasının birgə təşkilatçılığı ilə Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75 illiyinə həsr olunmuş “İnsan Hüquqları - 75 Bakı Konfransı: Qlobal və milli çağırışların həlli üçün universallığın və bölünməzliyin təşviq edilməsi” mövzusunda beynəlxalq konfrans keçirilib.


Konfransda “Azərbaycanda insan hüquqlarının müdafiəsi: nailiyyətlər və problemlər” və “İnsan hüquqları, vətəndaş cəmiyyəti institutlarının rolunun təşviqində alətlərin və metodologiyaların genişləndirilməsi” mövzularında panel müzakirələri təşkil olunub.

Panel müzakirələrində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Layihələrin idarəedilməsi departamentinin müdiri Elnur Bağırlı da iştirak edib.

Vətəndaşların Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi rəhbərliyinin və digər vəzifəli şəxslərinin qəbuluna onlayn yazılması

Qəbula yazıl