QHT-lərə Dövlət Dəstəyi Agentliyinin nümayəndələri Almaniyanın Bonn şəhərində keçirilən BMT-nin Beynəlxalq İqlim Konfransında iştirak edir
COP29 Təşkilat Komitəsinin üzvü, Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Agentliyin əməkdaşı Türkan Ələsgərova Almaniyanın Bonn şəhərində keçirilən BMT-nin Beynəlxalq İqlim Konfransında iştirak edir.
Konfrans çərçivəsində iyunun 5-də Azərbaycanın COP29-un sədri kimi “Sülh və iqlim dialoqu” mövzusunda tədbiri təşkil edilib. Azərbaycanın COP29-da “Sülh və iqlim qovşağı” mövzusuna diqqəti BMT-nin İqlim Konfransında yüksək maraqla qarşılanıb.