QHT-lərə Dövlət Dəstəyi Agentliyinin təmsilçiləri İnkişaf Etməkdə Olan Kiçik Ada Dövlətləri Qrupu (SIDS) ilə görüşdə iştirak edib
İyunun 6-da COP29 Təşkilat Komitəsinin üzvü, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Agentliyin əməkdaşı Türkan Ələsgərova Bonn şəhərində keçirilən BMT-nin Beynəlxalq İqlim Konfransı çərçivəsində COP29-a sədrlik edən Azərbaycan nümayəndə heyəti ilə İnkişaf Etməkdə Olan Kiçik Ada Dövlətləri Qrupunun (Small Island Developing States (SIDS)) görüşündə iştirak edib. SIDS nümayəndələri üzləşdikləri problemlər barədə Azərbaycan təmsilçilərini məlumatlandırıblar. SIDS 1000-dən çox kiçik adada yaşayan 65 milyonluq əhali qrupunu təmsil edir.