“Qarabağ və Şərqi Zəngəzurda ekosid” mövzusunda sənədli film çəkiləcək
“Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin "Qarabağ və Şərqi Zəngəzurda ekosid" adlı layihəsi çərçivəsində eyniadlı sənədli film çəkiləcək. Filmdə Ermənistanın
işğal dövründə Qarabağ və Şərqi Zəngəzurda törətdiyi ekosidin miqyası faktlarla nümayiş olunacaq.
Filmdə işğaldan azad olunmuş ərazilərdə BMT-nin Davamlı İnkişaf Məqsədlərinə nail olunmasında mina təhlükəsinin ən böyük maneə olması vurğulanacaq. Yaxın vaxtlarda Qarabağ və Şərqi Zəngəzurda filmin çəkilişlərinə başlanılması nəzərdə tutulur.
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.