“Gənclər üçün rəqəmsal bacarıqların inkişafı” layihəsi icra olunur
“Gənclərin Sosial İnkişafına Dəstək” İctimai Birliyinin icra etdiyi “Gənclər üçün rəqəmsal bacarıqların inkişafı” layihəsi yekunlaşıb.
Layihə çərçivəsində iyulun 13-14-də Cəlilabadda təlim keçirilib.
İctimai Birliyin sədri İlham Əhmədov bildirib ki, layihənin məqsədi regionlarda yaşayan gənclərə texnologiyanın sürətlə inkişaf etdiyi dünyada rəqəmsal öyrənmə metodlarından düzgün istifadəni öyrətmək, əsas rəqəmsal bacarıqlara yiyələnmələrinə kömək etməkdir.
Təlimlər zamanı gənclər akademik məlumat bazaları, onlayn kitabxanalar eyni zamanda onlayn öyrənmə platformalarından səmərəli istifadəyə yönəlmiş təlim sessiyasında iştirak ediblər. Effektiv rəqəmsal tədris alətləri, onlayn araşdırma metodlarını öyrənərək, komanda şəklində hazırladıqları tapşırıqları sosial media hesablarında paylaşıblar.
Qeyd edək ki, layihə çərçivəsində analoji təlimlər Astara və Lənkəran şəhərlərində də keçirilib.
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.