“Gilavar Foto Klubu” Çexiyada mina qurbanlarına həsr olunmuş fotosərgi təşkil edib
“Gilavar Foto Klubu” İctimai Birliyi “Təhlükənin kulMinasiya nöqtəsi” layihəsinin icrasını davam etdirir.
Layihə çərçivəsində 2024-cü il oktyabrın 12-13-də Çexiyanın paytaxtı Praqa şəhərində mina qurbanlarına həsr olunmuş “Düyməni sıxan ayaqlar” adlı fotosərgi keçirilib.
Sərgi ilk gün Praqanın Qədim Şəhər Meydanında, ikinci gün isə Respublika Meydanında təşkil olunub.
İnsanlar tərəfindən yüksək maraqla izlənən sərgi zamanı minlərlə insan Azərbaycanda bu günə qədər davam edən mina terroru ilə bağlı ətraflı məlumat əldə ediblər. Hər fotonun yanında məlumat xarakterli lövhələr də təqdim olunub, mina qurbanlarının hekayələri ingilis dilində əks olunub. Sərgidə nümayiş olunan fotoşəkillərin müəllifi Famil Mahmudbəylidir.
Qeyd edək ki, layihənin yekununda çəkilən fotoşəkillərdən ibarət elektron fotokitab hazırlanacaq, ölkəmizdə də fotosərgi təşkil ediləcək və maarifləndirici videoçarx hazırlanacaq.
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.