2026-cı il oktyabrın 17-də Lənkəranda “QHT-lərin VII İnkişaf və Mübadilə Proqramı” çərçivəsində QHT nümayəndələri üçün kommunikasiya mövzusunda təlim keçirilib.
Təlim QHT Agentliyinin Kommunikasiya şöbəsinin müdiri Ülviyyə Qarayeva tərəfindən aparılıb.
Təlimdə QHT-lərin fəaliyyətinin ictimaiyyətə düzgün təqdimatı, sosial media platformalarından səmərəli istifadə, rəqəmsal kommunikasiya alətləri, informasiya məzmununun hazırlanması və hədəf auditoriya ilə effektiv əlaqələrə dair məsələlər diqqət mərkəzində olub. QHT-lərin sosial media hesablarının işinin və kommunikasiya fəaliyyətinin planlaşdırılması ilə bağlı suallar cavablanlandırılıb.