2026-cı il mayın 16-da Bakıda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin II Həmrəylik Forumunda Azərbaycan-Türkmənistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycanın Türkiyə, Qazaxıstan, Özbəkistan ilə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü Tənzilə Rüstəmxanlı çıxış edib. O, türk dünyası vətəndaş cəmiyyəti təsisatlarını vahid qüvvə kimi daha sıx birləşməyə çağırıb.






