Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi Özbəkistan Respublikası Ali Məclisi yanında Vətəndaş Cəmiyyəti İnstitutlarına Dəstək üzrə Dövlət Fondu birlikdə qrant müsabiqəsi elan edir.
Müsabiqə üzrə QHT-lərin layihə təkliflərinə dair sənədlərin qəbuluna 2026-cı il iyul ayının 1-də başlanacaq. Azərbaycan QHT-lərinin sənədlərinin qəbulunu Azərbaycan Respublikasının QHT Agentliyi, Özbəkistan QHT-lərinin sənədlərinin qəbulunu isə Özbəkistanın Vətəndaş Cəmiyyəti İnstitutlarına Dəstək üzrə Dövlət Fondu aparacaq. Azərbaycan QHT-ləri layihələrini Özbəkistanda, Özbəkistan QHT-ləri isə Azərbaycanda icra etməlidir. Müraciət üçün son tarix 30 iyul 2026-cı ildir. Sənəd qəbulu bitdikdən sonra QHT-lərin təqdim etdiyi layihə təkliflərinə dair sənədlərin ekspertizası aparılacaq, layihələr təhlil ediləcək və qaliblər müəyyənləşdiriləcək, elan ediləcək.
Müsabiqə Azərbaycan və Özbəkistanın müvafiq yerli qanunvericiliyinə uyğun aparılır. Azərbaycan Respublikası üzrə müsabiqə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2026-cı il 22 iyun tarixli 188 nömrəli qərarla təsdiq edilmiş Qaydasına müvafiq olaraq təşkil edilir.
Müsabiqədə iştirak qaydaları Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Özbəkistan Respublikasının Ali Məclisi yanında Dövlət Fondunun vəsaitlərinin idarə olunması üzrə Parlament Komissiyası ilə arasında imzalanmış Əməkdaşlıq Memorandumu və Əlavə Saziş əsasında tərtib olunub:

  • Kiçik qrant müsabiqəsi – Müsabiqə üzrə qrant məbləğinin yuxarı həddi 30000 manatadək
  • Böyük qrant müsabiqəsi – Müsabiqə üzrə qrant məbləğinin aşağı həddi 30000 manat, yuxarı həddi 40000 manat

Müsabiqə aşağıdakı mövzulardadır:

  • Şəhər təşəbbüsləri (2026-cı il - Azərbaycanda “Memarlıq və Şəhərsalma İli”nə həsr olunur);
  • Regionların inkişafı və sosial rifah təşəbbüsləri (2026-cı il - Özbəkistanda “Məhəllələrin İnkişafı və Sosial Rifah İli”nə həsr olunur)

    Müsabiqədə iştirak edən QHT-lər üçün tələblər:
     
  • Qrant müsabiqələrində QHT-lər yalnız koalisiya şəkildə iştirak edə bilər. Koalisiyada minimum 1 yerli QHT (Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış) və 1 xarici QHT (Özbəkistan Respublikasında dövlət qeydiyyatına alınmış) olmalıdır;
  • Koalisiyada əsas icraçı yalnız yerli QHT olmalıdır;
  • Koalisiyanın yaradılması barədə üzv olan bütün yerli və xarici QHT-lər tərəfindən təsdiqlənmiş protokol təqdim olunmalıdır (azərbaycan və özbək dillərində);
  • Koalisiyada təmsil olunan Özbəkistan QHT-si haqqında ətraflı məlumat təqdim olunmalıdır (fəaliyyət sahəsi, təcrübəsi, saytı və s. digər məlumat mənbələri);
  • Müsabiqə çərçivəsində hazırlanacaq bütün sənədlər tərəflərin qarşılıqlı anlaşmasını təmin etmək məqsədilə özbək və azərbaycan dillərində tərtib olunmalıdır;
  • Koalisiyada iştirak edən QHT-lərin işçi heyətinin beynəlxalq formatda layihə idarəetmə təcrübəsi və imkanları olmalıdır;
  • 2026-cı il üzrə QHT Agentliyinin qrant müsabiqələrinin qalibləri koalisiyada əsas icraçı və tərəfdaş QHT kimi iştirak edə bilməz.
  • 1 QHT yalnız 1 koalisiyada təmsil oluna bilər.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2026-cı il 22 iyun tarixli 188 nömrəli qərarla təsdiq edilmiş Qaydasına müvafiq olaraq, müsabiqə üçün tələb olunan sənədlər:

  • layihə təklifi;
  • layihənin icra planı;
  • layihənin xərclər smetası;
  • layihənin büdcəsinin maliyyə əsaslandırılması;
  • QHT-nin nizamnaməsi, qeydiyyat şəhadətnaməsi və hüquqi şəxslərin dövlət reyestrindən çıxarışının surəti;
  • QHT-nin vergi uçotu haqqında şəhadətnaməsinin surəti;
  • QHT-nin səlahiyyətli nümayəndəsinin şəxsiyyətini təsdiq edən sənədin surəti;
  • maliyyə vəsaitinin köçürüləcəyi QHT-nin bank hesabı barədə məlumatlar;
  • böyük qrant müsabiqəsinə layihə təqdim edən QHT-nin son 5 (beş) il ərzində fəaliyyəti, həyata keçirdiyi layihələr, habelə proqramlar barədə azı 30 (otuz) fərqli məzmunda informasiyanın media subyektlərində yayılmasını təsdiq edən sənəd;
  • Yerli və xarici QHT-lər tərəfindən təsdiqlənmiş protokol (nümunə əlavə olunur);
  • Koalisiyada təmsil olunan xarici təşkilatlarla bağlı ərizə forması (nümunə əlavə olunur).

Aşağıdakı layihələr müsabiqəyə buraxılmır:

  • Məzmunu Azərbaycan və Özbəkistan respublikalarının Konstitusiyaları, Azərbaycan və Özbəkistan respublikasının qanunları və digər normativ hüquqi aktları, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2026-cı il 22 iyun tarixli 188 nömrəli qərarla təsdiq edilmiş Qaydası ilə ziddiyyət təşkil edən layihələr;
  • Əvvəllər keçirilən müsabiqələrin nəticələrinə görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilmiş eyni məzmunlu layihələr;
  • Qrant müqaviləsi üzrə öhdəliklərini pozduğuna görə Azərbaycan Respublikasının donor qurumu tərəfindən müsabiqədə iştirak hüququndan məhrum edilmiş və eləcə də donor qurum qarşısında debitor borcu olan QHT-lərin layihələri.

Layihələrin qiymətləndirmə meyarları:

  • layihənin məqsədinin aydınlığı;
  • layihənin innovativliyi, problemlərə yeni və ya daha təkmil həllər təklif etməsi;
  • layihənin icra müddətinin əsaslandırılması və davamlılığı;
  • layihə büdcəsinin müvafiq fəaliyyətlərlə uyğunluğu;
  • QHT-nin və işçi heyətin müvafiq layihə mövzusuna uyğun fəaliyyəti, peşəkarlığı və əvvəlki layihə təcrübəsi;
  • layihə üzrə risklərin təhlili və səmərəli monitorinq mexanizmi;
  • layihə üzrə benefisiarların düzgün müəyyən edilməsi;
  • layihənin icrası zamanı müvafiq tərəfdaşlarla, sahəvi qurumlarla və media ilə əməkdaşlıq;
  • layihədən gözlənilən nəticələr;
  • layihənin müvafiq sahədə dövlət siyasətinə və qüvvədə olan müvafiq sahəni tənzimləyən normativ hüquqi aktlarla müəyyən edilən vəzifələrə, strateji sənədlərin (proqramlar, yol xəritələri, konsepsiyalar və s.) hədəflərinə töhfə verməsi.

Texniki tələblər:

  • Əsas icraçı QHT layihəni Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin saytında (https://ngoagency.gov.az/az) xüsusi bölmə vasitəsilə elektron qaydada təqdim edir (müvafiq bölmə 2026-cı il 1 iyul-30 iyul tarixlərində QHT Agentliyinin saytında aktiv olacaq);
  • Şəxsən, poçtla və ya e-poçt vasitəsilə təqdim olunan layihə təkliflərinə dair sənədlər qəbul olunmur.

Əlaqə vasitələri:

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi,
Yasamal rayonu, Hüseyn Cavid prospekti, 520-ci məhəllə, ev 20.
office@ngoagency.gov.az




Ozarbayjon va Oʻzbekiston nodavlat notijorat tashkilotlari uchun ilk bor qoʻshma grant tanlovi e’lon qilinmoqda

Oʻzbekiston Respublikasi Oliy Majlisi huzuridagi Fuqarolik jamiyati institutlarini qoʻllab-quvvatlash jamoat fondi Ozarbayjon Respublikasi Nodavlat tashkilotlarini davlat tomonidan qoʻllab-quvvatlash agentligi bilan birgalikda ilk bor qoʻshma grant tanlovini eʼlon qiladi.
Tanlov doirasida nodavlat notijorat tashkilotlarining loyiha takliflariga doir hujjatlarni qabul qilish 2026-yil 1-iyuldan boshlanadi. Ozarbayjon nodavlat notijorat tashkilotlarining arizalari Ozarbayjon Respublikasi Nodavlat tashkilotlarini davlat tomonidan qoʻllab-quvvatlash agentligi, Oʻzbekiston nodavlat notijorat tashkilotlarining arizalari esa Oʻzbekiston Respublikasi Oliy Majlisi huzuridagi Fuqarolik jamiyati institutlarini qoʻllab-quvvatlash davlat fondi tomonidan qabul qilinadi.
Tanlov shartlariga koʻra, Ozarbayjon nodavlat notijorat tashkilotlari oʻz loyihalarini Oʻzbekiston hududida, Oʻzbekiston nodavlat notijorat tashkilotlari esa Ozarbayjon Respublikasi hududida amalga oshirishi lozim. Arizalarni topshirishning oxirgi muddati — 2026-yil 30-iyul. Hujjatlarni qabul qilish yakunlanganidan soʻng nodavlat notijorat tashkilotlar taqdim etgan loyiha takliflari ekspertlar baholashidan oʻtkaziladi va tahlil qilinadi. Koʻrib chiqish yakunlariga koʻra tanlov gʻoliblari aniqlanadi va eʼlon qilinadi.
Tanlov Oʻzbekiston Respublikasi va Ozarbayjon Respublikasining amaldagi qonunchiligiga muvofiq oʻtkaziladi. Oʻzbekiston Respublikasi hududida tanlov Oʻzbekiston Respublikasi Oliy Majlisi huzuridagi Fuqarolik jamiyati institutlarini qoʻllab-quvvatlash jamoat fondi mablagʻlarini boshqarish boʻyicha parlament komissiyasining 2025-yil 24-fevraldagi 01-10/3 sonli qarori bilan tasdiqlangan “Davlat grantlari ajratishning tartibi va shartlari toʻgʻrisida”gi nizomga muvofiq tashkil etiladi.
Tanlovda ishtirok etish tartibi Oʻzbekiston Respublikasi Oliy Majlisi huzuridagi Fuqarolik jamiyati institutlarini qoʻllab-quvvatlash jamoat fondi va Ozarbayjon Respublikasi Nodavlat tashkilotlarini davlat tomonidan qoʻllab-quvvatlash agentligi oʻrtasida tuzilgan hamkorlik toʻgʻrisidagi memorandum hamda qoʻshimcha ahdnoma asosida ishlab chiqilgan. Bunda:

  • kichik grantlar: Bitta loyiha uchun maksimal grant mablag‘i 210 mln. so‘mgacha (yoki 30 000 manatgacha).
  • katta grantlar: Bitta loyiha uchun maksimal grant mablag‘i 210 mln. so‘mdan 280 million so‘mgacha (yoki 30 000 dan 40 000 manatgacha).
    Tanlov quyidagi yoʻnalishlar boʻyicha oʻtkaziladi:
  • Hududiy rivojlanish va ijtimoiy farovonlik tashabbuslari — Oʻzbekistonda 2026-yil “Mahallalarni rivojlantirish va jamiyatni yuksaltirish yili” deb eʼlon qilingani munosabati bilan.
  • Shahar tashabbuslari — Ozarbayjonda 2026-yil “Arxitektura va shaharsozlik yili” deb eʼlon qilingani munosabati bilan.

Tanlovda ishtirok etuvchilar uchun qoʻyiladigan talablar:
– grant tanlovida faqat koalitsiya shaklida ishtirok etishga yoʻl qoʻyiladi. Koalitsiya tarkibiga Oʻzbekiston Respublikasida roʻyxatdan oʻtgan kamida bitta mahalliy nodavlat notijorat tashkiloti va Ozarbayjon Respublikasida roʻyxatdan oʻtgan kamida bitta nodavlat notijorat tashkiloti kirishi lozim;
– asosiy ijrochi sifatida faqat mahalliy nodavlat notijorat tashkiloti ishtirok etishi mumkin;
– koalitsiyani tuzish toʻgʻrisida koalitsiya tarkibiga kiruvchi barcha nodavlat notijorat tashkilotlar tomonidan tasdiqlangan bayonnoma taqdim etilishi shart. Bayonnoma ozarbayjon va oʻzbek tillarida rasmiylashtirilishi lozim;
– koalitsiya tarkibiga kiruvchi Ozarbayjon nodavlat notijorat tashkiloti toʻgʻrisida, jumladan uning faoliyat yoʻnalishlari, ish tajribasi, rasmiy veb-sayti va boshqa axborot manbalari haqida batafsil maʼlumot taqdim etilishi lozim;
– tanlov doirasida tayyorlanadigan barcha hujjatlar ozarbayjon va oʻzbek tillarida rasmiylashtirilishi shart;
– koalitsiya tarkibida ishtirok etayotgan nodavlat notijorat tashkilotlar xodimlari xalqaro loyihalarni boshqarish sohasida tajribaga ega boʻlishi lozim;
– har bir nodavlat notijorat tashkiloti faqat bitta koalitsiya tarkibida ishtirok etishi mumkin.
Oʻzbekiston Respublikasi Oliy Majlisi huzuridagi Fuqarolik jamiyati institutlarini qoʻllab-quvvatlash jamoat fondi mablagʻlarini boshqarish boʻyicha parlament komissiyasining 2025-yil 24-fevraldagi 01-10/3 sonli qarori bilan tasdiqlangan “Davlat grantlari ajratishning tartibi va shartlari toʻgʻrisida”gi nizomga muvofiq tanlovda ishtirok etish uchun quyidagi hujjatlar talab etiladi:

  • loyiha arizasi;
  • loyihani amalga oshirish rejasi;
  • loyiha xarajatlari smetasi;
  • loyiha budjeti boʻyicha moliyaviy asoslantirish;
  • nodavlat notijorat tashkiloti ustavi, davlat roʻyxatidan oʻtganlik toʻgʻrisidagi guvohnoma;
  • nodavlat notijorat tashkiloti vakolatli vakilining shaxsini tasdiqlovchi hujjat nusxasi;
  • mablagʻlarni oʻtkazish uchun moʻljallangan nodavlat notijorat tashkiloti bank hisobvaragʻi rekvizitlari;
  • kaolitsiya tuzilganligi tasdiqlangan bayonnoma;
  • koalitsiya tarkibida koʻrsatilgan xorijiy tashkilotlarga doir maʼlumot.
    Quyidagi mazmundagi loyihalar tanlovda ishtirok etishiga yo‘l qoʻyilmaydi:
  • mazmuni Oʻzbekiston Respublikasi va Ozarbayjon Respublikasi Konstitutsiyalari, qonunlari va boshqa normativ-huquqiy hujjatlariga, shuningdek Ozarbayjon Respublikasi Vazirlar Mahkamasining 2026-yil 22-iyundagi 188-sonli qaroriga zid boʻlgan loyihalar;
  • avvalgi tanlovlar yakunlariga koʻra mazmunan oʻxshash boʻlib, Oʻzbekiston Respublikasi davlat budjeti mablagʻlari hisobidan moliyalashtirilgan loyihalar;
  • grant shartnomasi boʻyicha majburiyatlarni buzgani sababli Oʻzbekiston Respublikasi donor tashkiloti tomonidan tanlovda ishtirok etish huquqidan mahrum qilingan nodavlat notijorat tashkilotlarining loyihalari, shuningdek donor tashkilot oldida qarzdorligi mavjud boʻlgan nodavlat notijorat tashkilotlar loyihalari.
    Loyiha takliflarini baholash mezonlari:
  • loyiha maqsad va vazifalarining aniqligi;
  • loyihaning innovatsionligi, muammolarni hal etishning yangi yoki yanada takomillashtirilgan usullarini taklif etishi;
  • loyihani amalga oshirish muddatlarining asoslanganligi va uning hayotiyligi;
  • loyiha budjetining faoliyat yoʻnalishlariga muvofiqligi;
  • nodavlat notijorat tashkiloti va uning xodimlari faoliyatining eʼlon qilingan mavzuga muvofiqligi, shuningdek zarur kasbiy malaka va oʻxshash loyihalarni amalga oshirish tajribasining mavjudligi;
  • loyiha xatarlarining tahlil qilinganligi va samarali monitoring mexanizmining mavjudligi;
  • loyiha benefitsiarlarining aniq belgilanganligi;
  • loyihani amalga oshirish jarayonida tegishli sohaviy tuzilmalar, hamkorlar va media subyektlari bilan oʻzaro hamkorlik;
  • loyihaning kutilayotgan natijalari;
  • loyihaning tegishli sohadagi davlat siyosatiga, amaldagi sohaviy normativ-huquqiy hujjatlarda belgilangan vazifalarni bajarishga hamda strategik hujjatlar (dasturlar, yoʻl xaritalari, konsepsiyalar va boshqalar) maqsadlariga erishishga qoʻshadigan hissasi.
    Texnik talablar:
  • asosiy ijrochi boʻlgan nodavlat notijorat tashkiloti loyihani Oʻzbekiston Respublikasi Oliy Majlisi huzuridagi Fuqarolik jamiyati institutlarini qoʻllab-quvvatlash jamoat fondining rasmiy veb-saytidagi (https://ngo.gov.uz) maxsus boʻlim orqali elektron shaklda taqdim etadi. Jamoat fondi veb-saytidagi tegishli boʻlimdan 2026-yil 1-iyuldan 31-iyulga qadar foydalanish mumkin boʻladi;
  • shaxsan, pochta aloqasi orqali yoki elektron pochta orqali taqdim etilgan loyiha arizalari koʻrib chiqilmaydi.
    Bogʻlanish uchun maʼlumotlar:
    Oʻzbekiston Respublikasi Oliy Majlisi huzuridagi Fuqarolik jamiyati institutlarini qoʻllab-quvvatlash jamoat fondi
    Manzil: Oʻzbekiston Respublikasi, Toshkent shahri, Islom Karimov koʻchasi 9-uy.
    Telefon: 78 238 28 16
    Email: oliymajlisfondi@gmail.com