“Kistik Fibroz Xəstələrinə Yardım” İctimai Birliyi "Nəfəs 360"- kistoz fibrozla mübarizədə “Birlik, Dəstək, Ümid Dairəsi"”layihəsinin icrasını davam etdirir.
2026-cı il iyulun 24-də layihə çərçivəsində "Ağstafa Rayon Gənclər Evi" Sosial Xidmət Müəssisəsində ilk regional maarifləndirmə təlimi keçirilib. İctimai Birliyin sədri Səadət Bayramova bildirib ki, layihənin məqsədi kistoz fibroz haqqında cəmiyyətin məlumatlılığını artırmaq, erkən diaqnostikanın əhəmiyyətini təbliğ etmək, pasiyent və ailələrinin hüquqlarının müdafiəsinə dəstək vermək, regionlarda səhiyyə xidmətlərinə əlçatanlığın və ictimai maarifləndirmənin gücləndirilməsinə töhfə verməkdir.
Təlimdə Ağstafa rayonunun tibb işçiləri, təhsil müəssisələrinin nümayəndələri, ictimai fəallar, valideynlər, gənclər və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə kistoz fibrozlu şəxslərin hüquqlarının müdafiəsi, erkən diaqnostikanın təşviqi, müasir müalicəyə çıxış imkanlarının genişləndirilməsi və ictimai maarifləndirmə istiqamətində görülən işlər, kistoz fibrozun yaranma səbəbləri, müalicə prinsipləri, xəstəliyin gedişi və bu pasiyentlərin gündəlik həyatda qarşılaşdıqları çətinliklər kimi mövzularda təqdimatlar edilib, müzakirələr aparılıb. İştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Layihə çərçivəsində regionlarda təlimlər davam edəcək.
Layihənin donoru QHT-lərə Dövlət Dəstəyi Agentliyidir.




















