“Ozan dünyası” Aşıq Yaradıcılığının Təbliği İctimai Birliyi “Borçalı aşıq mühitini tanıyaq və tanıdaq” layihəsinin icrasına başlayır.
İctimai Birliyin sədri Musa Nəbioğlu bildirib ki, layihənin məqsədi aşıq sənətinin inkişafında tarixən mühüm rol oynamış Borçalı aşıq mühiti haqqında ümumi məlumat vermək, bu mühiti daha geniş müstəvidə təqdim etməkdir.
Layihə çərçivəsində bu ilin sentyabr ayında Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında “Borçalı aşıq mühitini tanıyaq və tanıdaq” adlı konsert təşkil ediləcək.