2026-cı il mayın 14-də GSNP Baş Assambleyası çərçivəsində “Bakı Şəhərsalma Həftəsi: inklüziv inkişaf və dayanıqlı şəhər modelləri - Qlobal Cənub təcrübəsi” mövzusunda sessiya keçirilib. GSNP Katibliyinin nümayəndəsi Nədimə Rəhimlinin moderatorluğu ilə aparılan panel müzakirələrinin spikerləri İordaniyanın “I am Human” Əlilliyi olan Şəxslərin Hüquqları Cəmiyyətinin sədri Asia Abdel Mutaleb Yaghi, Çinin “Bir Kəmər, Bir Yol” Alyansının Baş katibinin müavini Li Renyinq, Perunun İctimai Siyasət və Diplomatiya Araşdırmaları İnstitutunun direktoru Blanca Mujica Acuna Judith, Azərbaycandan iqlim dəyişmələri üzrə ekspert İsa Əliyev olublar.
Müzakirələrdə GSNP Baş Assambleyasının yekununda qəbul edilməsi gözlənilən bəyanat layihəsinə WUF13 ilə əlaqədar xüsusi müddəaların salınması təklif olunub.
Panel GSNP üzvlərinin suallarının cavablandırılması ilə başa çatıb.














