2026-cı il mayın 15-də GSNP nümayəndə heyətinin Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb. Heyət ilk olaraq Zəngilan rayonunun Ağalı kəndində olub. Zəngilanda törədilmiş urbisid, kultursid, o cümlədən ərazidə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri barədə GSNP heyətinə ətraflı məlumat verilib. Onlar burada Zəngilan sakinləri ilə həmsöhbət olublar.
Heyət sabah Şuşa və Xankəndidə də olacaq.



















