2026-cı il iyunun 25-də Bakı şəhərində - Beynəlxalq Muğam Mərkəzində keçirilən II “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” Forumu Məhəmməd Füzulinin qəzəli ilə açılıb. Bəstəkar Cahangir Cahangirovun “Füzuli” kantatasından “Məni candan usandırdı” qəzəlini məktəbli Nuray Şahsuvarlı ifa edib.
Əsərləri dövlət varidatı elan edilmiş, indiki İraq ərazisində doğulmuş Azərbaycanın nəhəng söz ustası Məhəmməd Füzulinin qəzəli alqışlarla qarşılanıb.












