2026-cı il mayın 18-də “WUF13 Urban Expo”dakı QHT Agentliyinin pavilyonunda "Bir Könüllü" Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin “İnklüziv şəhərlər üçün gənclər: WUF13” Tələbə Forumunun bağlanış mərasimi keçirilib. Forum Azərbaycan Şəhərsalma Kampaniyası ilə əməkdaşlıq çərçivəsində, QHT Agentliyi və BP Azərbaycan şirkətinin maliyyə dəstəyi ilə təşkil olunub. Tədbir çərçivəsində Rəşad Cəfərov və Rafiq Səfərov şəhərsalma mövzusunda ağıllı həllər təqdim edən “City Rate” innovativ layihəsini təqdim ediblər. Müzakirələrin yekununda “Youth Urban Manifesto - 2026” sənədi və niyyət məktubu elan olunub.






























