İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin II Həmrəylik Forumunda TDT-yə dair mühüm iqtisadi göstəriciləri açıqlayıb:
“Ərazi: 4,8 milyon km² - bu, Avropa İttifaqının ərazisindən böyükdür;
Əhali: 179 milyon nəfər - dünyanın ən böyük 10 ölkəsi sırasına daxil olmağa yaxındır;
ÜDM (2025): 2,1 trilyon ABŞ dolları;
Ticarət dövriyyəsi: 1,13 trilyon ABŞ dolları.
Dünyada payımız:
Ərazi - 0,95%;
Əhali - 2%;
ÜDM - 2%;
Ticarət dövriyyəsi - 3,6%.
Türk dünyası əhalidəki payından daha çox ticarət həyata keçirir və bu, inteqrasiyanın uğurlu nəticəsidir. 2025-ci ilin iqtisadi nəticələri:
Qırğızıstan - iqtisadi artım 11,1%;
Özbəkistan - iqtisadi artım 7,7%, ixrac 24% artıb;
Qazaxıstan - iqtisadi artım 6,5%, əsas kapitala investisiyalar 13% yüksəlib;
Azərbaycan - qeyri-neft sənayesi 4,1%, bank aktivləri 7,7% artıb;
Türkiyə - sənaye istehsalı 4,5%, kənd təsərrüfatı 8,8% yüksəlib;
Macarıstan - ticarət balansı 10,5 milyard ABŞ dolları profisiti ilə tamamlanıb”.





