2026-cı il mayın 18-də “WUF13 Urban Expo”dakı QHT Agentliyinin pavilyonunda Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin “Kəlağayı sərgisi, qurama və toxuculuq sənəti” adlı mədəni tədbiri keçirilib. Tədbirdə WUF13-də iştirak edən qonaqlara Azərbaycan xalqının zəngin milli-mədəni irsi, xüsusilə kəlağayı sənəti, qurama və toxuculuq ənənələri barədə ətraflı məlumat verilib. Sonda "Nənə qızlar" ansamblının ifası WUF13 iştirakçıları tərəfindən maraqla qarşılanıb.