2026-cı il aprelin 23-də Astana şəhərində keçirilən “Regional Ekoloji Sammit - 2026” çərçivəsində QHT Agentliyinin İdarə Heyətinin sədri, WUF13 Təşkilat Komitəsinin üzvü Aygün Əliyeva “Beynəlxalq Könüllülər İli: könüllülük və ekoloji fəaliyyətlər” mövzusunda panel sessiyasında çıxış edib.
A.Əliyeva QHT işinin kökündə məhz könüllülük, fədakarlıq prinsiplərinin dayandığını bildirib, Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşması və inkişafı barədə məlumat verib, Qazaxıstan QHT-lərini WUF13-də fəal iştirak etməyə dəvət edib. O da qeyd olunub ki, QHT Agentliyinin təşkilatçılığı ilə mayın 19-da beynəlxalq tədbir - “WUF13 NGO Forum” keçiriləcək.