2026-cı il aprelin 24-də Astana şəhərində “Regional Ekoloji Sammit - 2026”ya həsr edilmiş Milli Təşkilat Komitəsinin iclası keçirilib. Azərbaycanın QHT Agentliyinin nümayəndə heyəti də toplantıda iştirak edib.
Daha sonra QHT Agentliyinin İdarə Heyətinin sədri Aygün Əliyeva Qazaxıstanın ən böyük qeyri-hökumət təşkilatları platforması olan Qazaxıstan Vətəndaş Alyansının rəhbəri Banu Nurgaziyeva ilə görüşüb.










