Bu gündən WUF13-ün tədbir məkanında - (Urban Expo, C area, A39) QHT Agentliyinin pavilyonu fəaliyyətə başlayıb. WUF13 dövründə yerli QHT-lərin xarici tərəfdaşları ilə birgə pavilyon ərazisində onlarla tədbiri keçiriləcək. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev 2026-cı il mayın 18-də QHT Agentliyinin pavilyonu və onun yaxınlığında yerləşən GSNP pavilyonu (Urban Expo, C area, A37) ilə tanış olub. GSNP pavilyonunda isə xarici QHT-lərin silsilə tədbirləri başlayıb.
QHT Agentliyinin pavilyonu fəaliyyətə başlayıb










