2026-cı il aprelin 24-də “Regional Ekoloji Sammit - 2026” çərçivəsində Astanada olan QHT Agentliyinin nümayəndə heyəti Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı Səfirliyində olub.
Agentliyin İdarə Heyətinin sədri Aygün Əliyeva səfir Ağalar Atamoğlanovla görüşüb, Azərbaycan və Qazaxıstan arasında qeyri-hökumət təşkilatları sahəsində əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.