2026-cı il iyulun 16-da QHT Agentliyində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin birgə təşkilatçılığı ilə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə Tədbirlər Planı çərçivəsində "Satınalma sahəsində dövlət-vətəndaş cəmiyyəti əməkdaşlığı" mövzusunda müzakirə təşkil olunub. Görüşdə vətəndaş cəmiyyəti institutlarının nümayəndələri iştirak ediblər.
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov dövlət satınalmaları sahəsində rəqabətli və bütün iştirakçılar üçün əlçatan sisteminin formalaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edib. QHT Agentliyinin İdarə heyətinin sədri Aygün Əliyeva ictimai hesabatlılığın əhəmiyyətinə toxunub.
Toplantıda QHT-lərin sualları cavablandırılıb, mövzu ətrafında qarşılıqlı müzakirələr aparılıb, müvafiq qeydlər götürülüb.