2026-cı il mayın 18-də “WUF13 Urban Expo”da QHT Agentliyinin pavilyonunda “Bakı Politoloqlar Klubu” “Şəhərlərin davamlı inkişafına dair inklüziv və rəqəmsal su idarəçiliyi siyasəti” mövzusunda tədbir keçirib.
Davamlı inkişaf üzrə tədqiqatçı-alim Elşən Əhmədov müasir dövrdə inklüziv və rəqəmsal yanaşmaların şəhərlərin inkişafı, ekoloji dayanıqlılığın gücləndirilməsi və su idarəçiliyinin təkmilləşdirilməsi sahəsinə gətirdiyi üstünlüklər barədə təqdimatla çıxış edib, beynəlxalq təcrübədən nümunələr təqdim olunub.


























