“Şəhərsalmada yaşıllıqlar və landşaft memarlığına dair müasir çağırışlar” mövzusunda sessiya keçirilib
2026-cı il mayın 18-də “WUF13 Urban Expo”dakı QHT Agentliyinin pavilyonunda Azərbaycan Botaniklər Cəmiyyətinin “Şəhərsalmada yaşıllıqlar və landşaft memarlığına dair müasir çağırışlar” mövzusunda sessiya keçirilib. Müzakirələrdə iqlim dəyişmələri fonunda davamlı şəhər yaşıllıqları, şəhər bağlarının urban ekosistemlərdə rolu, endemik bitkilərin qorunması, şəhər yaşıllaşdırılmasında geobotaniki yanaşmalar, yaşıllaşdırmada fitosanitar nəzarət, çirkab sularının mikro və makroyosunlarla təmizlənməsi, həmçinin biomüxtəlifliyin qorunması kimi aktual mövzular üzrə çıxışlar təqdim olunub.
Tədbir çərçivəsində pavilyonda gənc mütəxəssislərin landşaft memarlığının gələcək istiqamətlərini əks etdirən xüsusi sərgisi də nümayiş olunub. Sərgidə urban yaşıllaşdırma, ekoloji dizayn və dayanıqlı şəhər mühiti ilə bağlı müxtəlif vizual nümunələr iştirakçıların marağına səbəb olub.

























