QHT Agentliyinin 2026-cı il üzrə qrant müsabiqəsinin qalibi olan “Məxəz” Milli İrs Araşdırmaları İctimai Birliyi əsərləri dövlət varidatı elan edilmiş görkəmli ictimai xadim, Azərbaycan ədəbiyyatının parlaq siması Yusif Vəzir Çəmənzəminli irsinin tədqiqinə dair yeni nəşr üzərində iş aparır. Kitabda Y.V.Çəmənzəminlinin zəngin elmi-ictimai fəaliyyətini özündə əks etdirən bir sıra yeni məxəzlər - əlyazma qaynaqları, arxiv materialları, elmi-tarixi mənbələr əsasında aşkar edilmiş bir sıra əsərləri (məqalə və felyetonları) ilk dəfə təqdim olunacaq. Bu barədə “Məxəz” Milli İrs Araşdırmaları İctimai Birliyinin sədri, filologiya üzrə fəlsəfə doktoru Şəlalə Ana Hümmətli (Şəlalə Hümbətova) məlumat verib. Kitabın təqdimat mərasiminin 2026-cı ilin iyulunda Şuşada Y.V.Çəmənzəminlinin dağıdılmış evində - açıq səma altında keçirilməsi planlaşdırılır.
Şuşada Y.V.Çəmənzəminlinin dağıdılmış evində - açıq səma altında, ilk dəfə nəşr olunan bir sıra əsərlərinin təqdimat mərasimi olacaq


