TDT-yə üzv ölkələrin QHT-lərinin Platformasının baş katibi, millət vəkili Azər Allahverənov Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin II Həmrəylik Forumunda bəyan edib ki, “Türk xalqları arasında diplomatiyanın, dialoqun, mübadilələrin dərinləşməsi məqsədilə QHT-lər arasında potensialın artırılması, təcrübə və bilik mübadiləsinin geniş şəkildə təşviq olunması istiqamətində öz işini quran Platforma qısa müddət ərzində ikitərəfli və çoxtərəfli tədbirlərin keçirilməsinə nail olub. Biz şərəfli bir yolun astanasındayıq. Ümid edirik ki, Platformamızda təmsil olunan QHT-lər tərəfindən yaxın gələcəkdə həyata keçirilməsi planlaşdırılan birgə layihə və fəaliyyətlər xalqlarımız arasında həmrəyliyin möhkəm təməllər üzərində bərqərar olmasına əlverişli şərait yaradacaq, eyni zamanda Türk dünyasının inteqrasiyasına mühüm töhfələr verəcək”.







